AZ

Çin və Hindistan Rusiya neftinə alternativ axtarır – Sanksiyalar tanker daşımalarını kəskin bahalaşdırıb

Çin və Hindistan Rusiyadan mart ayı üzrə çatdırılması planlaşdırılan neftin alışını dayandırıb. Buna səbəb ABŞ sanksiyalarının təsirinə məruz qalmayan tankerlərin yükdaşıma xərclərinin artmasıdır.

“AzPolitika” bildirir ki, bu barədə “Reuters” agentliyi treyderlərə istinadən xəbər yayıb.

Sakit okeandakı Kozmino limanından ixrac edilən Rusiyanın ESPO markalı xam neftinin qiyməti ICE Brent markalı neftlə müqayisədə 3-5 dollar/barel bahalaşıb. Bu, gəmi kirayəsi tariflərinin kəskin artması ilə bağlıdır. Məsələn, Çinə yola düşən “Aframax” tankeri üçün qiyməti yolda bir neçə milyon dollar artırıblar.

Yanvarın 10-da ABŞ Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlərə ən ciddi təsir edən ağır sanksiyalar tətbiq edib. Məhdudiyyətlər Rusiyanın dörd ən böyük neft şirkətindən ikisinə – “Qazprom Neft” və “Surqutnefteqaz”a və Qərbin sanksiyalarını pozaraq Rusiya neft və neft məhsullarını daşıdığı iddia edilən 180-dən çox tankerə şamil edilib. Çin və Hindistandakı bəzi alıcılar və limanlar sanksiyaya məruz qalan gəmiləri qəbul etməkdən imtina etməyə başlaması tanker yükdaşıma qiymətlərinin artmasına səbəb olub.

Hindistanın “Bharat Petroleum Corp Ltd”-nin baş maliyyə direktoru keçən həftə “Reuters”-ə bildirib ki, şirkət adətən hər ayın ortasında olduğu kimi mart ayı üzrə çatdırılması üçün heç bir yeni təklif almayıb.

Rusiya nefti Hindistanın ümumi idxalının 36%-ni, Çinin 2024-cü ildə idxalının isə təxminən beşdə birini təşkil edib.

“Kpler” analitik firmasına görə, son sanksiyalar Rusiyanın dəniz neft ixracının təxminən 42%-ni, əsasən də Çinə neft daşıyan tankerləri hədəfə alıb. ABŞ Hindistandan fevralın 27-dək Rusiya nefti ilə dolu olan tankerləri boşaltmağı və martın 12-dək onlar üçün ödəniş etməyi tələb edib. Sanksiyaların müvəqqəti aradan qaldırılmasına baxmayaraq, Çində gəmilər neftin boşaldılmasında gecikmələrlə üzləşir.

“Kpler” məlumatlarına görə, Çinin Rusiyadan xam neft idxalı ötən həftə 6 ayın ən aşağı səviyyəsinə enərək sutkada 717 min barel olub.

Hindistana gəlincə, Rusiya xam neftinin tədarükündə fasilələr sutkada 450 min barrelə çatır. “Reuters” agentliyi bildirir ki, Hindistan neft emalı zavodları mart və aprel aylarında Yaxın Şərq, Afrika və ABŞ-dən alternativ tədarük axtarırlar, çünki onlar Rusiyadan neft tədarükünün azalacağını gözləyirlər.

“AzPolitika.info”

Seçilən
10
3
azpolitika.info

5Mənbələr