AZ

Deputat: “Azərbaycan kimi etibarlı tərəfdaşını itirmək Rusiyaya fayda verməz”

“Təyyarəmizin vurulmasından sonra Rusiya dövləti tərəfindən qəzada həlak olan və yarananlara təzminat, o cümlədən təyyarənin dəyərinin ödənilməsi ilə bağlı rəsmi bir açıqlama verilməyib. Bu da ictimaiyyət arasında müxtəlif fikirlər formalaşdırır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib.

 Millət vəkili qeyd edib ki, Rusiyanın bəzi media orqanlarının Azərbaycana qarşı hücuma keçdiyini də müşahidə etdik:

“Amma hesab edirəm ki, bu, müvəqqəti haldır. Hamı müvafiq komissiyanın son rəyini gözləməlidir. Qəzanın baş verməsini araşdıran komissiya qara qutuların oxunması, təyyarənin vurulması, Qroznıda dispetçerlər tərəfindən istiqamətlənməməsi və s. suallara aydınlıq gətiriləcək. Yəni proses başa çatandan sonra Rusiyanın müvafiq addımları atacağını gözləyirəm. Çünki dünən Rusiyanın XİN rəhbəri Sergey Lavrovun mətbuat konfransında verdiyi müsahibədə də ictimaiyyəti çaşdırmağa hesablanmış açıqlamalara inanmamağa və istintaqın yekun nəticələrini gözləməyə çağırış etdiyini gördük. Bu o deməkdir ki, biz məsələyə tam şəkildə aydınlıq gələnə qədər səbr nümayiş etdirməliyik”.  

A.Badamov son olaraq qeyd edib ki, komissiya öz qərarını verəndən sonra Rusiyanın atacağı addımıları hamı müşahidə edəcək:

“Yəni, bu addımlar Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyəcəyini hesab edirəm.  Tərəfdaşlarını itirə-itirə getdiyi bir dövrdə Azərbaycan kimi bir etibarlı tərəfdaşı və qonşusunu itirməsi Rusiyaya lazım olmadığını düşünürəm”.

Leyla Turan
Demokrat.az
Seçilən
15
50
demokrat.az

10Mənbələr