Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Bakı şəhərində yanvarın 28-də narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Bu barədə Qlobal.net-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.
Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.
Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.