''Football-plus.az'' xəbər verir ki, 38 yaşlı qapıçı ''Carve Deportiva'' nəşrinə açıqlamasında gələcək taleyi barədə danışıb. Məlum olduğu kimi Musleranın müqavilə müddəti mövsümün sonunda başa çatır. ''Qalatasaray''ın müqaviləni yeniləmək təklifini iki dəfə geri çevirən Musleranın bu yay ailəsi ilə birlikdə Türkiyəni tərk edəcəyi gözlənilir. Amma sən demə tanınmış əlcək sahibi hələ yekun qərarını verməyibmiş:
''14 ildi, ''Qalatasaray''dayam. Bura gələrkən belə bir şeyi heç ağlıma da gətirmirdim. Çempionatda 429-cu oyunuma çıxdım. Qarşıda hələ 16 oyun var. Bu klub sayəsində yığma karyeram da irəlilədi. ''Qalatasaray'' mənim həyatımın klubudu. Mövsümün sonunda ayrılacağımla bağlı qərarı hələ 100 faiz verməmişəm. Bu, ailəmlə məsləhətləşdikdən sonra verəcəyim bir qərardı. Ötən il həm ''Nasyonal'', həm də ''Penyarol'' rəsmiləri ilə görüşüm oldu. Amma rəsmi bir anlaşma olmadı. Onların arasında seçim də etməmişəm. Uruqvay futbolunu hər zaman böyük maraqla təqib edirəm. Derbilər başda olmaqla bir çox oyunları izləyirəm. Uruqvay futbolunun böyük pərəstişkarıyam. Türkiyədən ayrılarkən bunun doğru qərar olduğuna və doğru zamanda atıldığına əmin olmaq istəyirəm. ''Nasyonal'a dönmək hədəfimin olduğunu heç vaxt gizlətməmişəm. Orda çox gözəl bir 6 aylıq dönəm keçirmişəm. Həm ''Penyarol''un, həm də ''Nasyonal''ın məni gündəmdə saxlayıb tez-tez haqqımda danışmaları xoşuma gəlir. Hələ də reallaşdırmaq istədiyim arzularım var. Heç vaxt Uruqvay çempionu olmamışam. Bu uğura nail olmaq istəmədiyimi desəm, yalan söyləmiş olaram''.
ƏLİ