AZ

Hindistanda yeni ölümcül virus aşkar edildi - Yoluxanların yarısı öldü



Hindistanda, Cammu və Kəşmir əyalətində mənşəyi məlum olmayan xəstəlik qeydə alınıb. Bu xəstəliyə tutulan 38 nəfərdən 17-si dünyasını dəyişib.

Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə “Rospotrebnadzor” bildirib.

"Xəstəliyin klinik təsviri bu simptomlarla müşayiət olunur: qızdırma, ürək bulanması, zəiflik. Ölənlərin hamısında beyin iflici müşahidə edilib", - deyə qurumdan bildirilib.

Tədqiqatlar indiyə qədər xəstəliyin zəhərli maddələrin təsirindən yarandığını göstərib, lakin spesifik toksin müəyyən edilməyib.

Lalə, BakuPost

Seçilən
5
3
bakupost.az

4Mənbələr