AZ

Dünya Bankı Azərbaycanın enerji istehsalı potensialını yüksək qiymətləndirib

Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib.

Agentlikdən Korrespondent.az-a bildiriblər ki, görüşdə “elektrik enerjisi istehsalının bərpaolunan enerji mənbələri hesabına artırılması” layihəsi müzakirə olunub.

Agentliyin rəhbəri Samir Axundov Azərbaycanın enerji potensialı haqqında geniş məlumat verib.

Dünya Bankının enerji məsələləri üzrə mütəxəssisi Rodcer Komoy Kunil Azərbaycanın enerji istehsalı potensialını yüksək qiymətləndirib.

Görüşdə texniki yardım, enerji sektoruna köməklik və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Seçilən
6
2
korrespondent.az

3Mənbələr