Azərbaycanlı Ələddin Mehralızadə Koreyadan olan Minci Kim adlı xanımla ailə həyatı qurub.
Viral.az xəbər verir ki, əslən Kəlbəcərdən olan Ələddin xanımı ilə 2019-cu ildə tanış olub.
İki il öncə müxtəlif mədəniyyətlərin və irqlərin nümayəndəsi olan bu iki gənc Azərbaycansayağı toy da edib.
Son Yazılar:
- Kəlbəcərli oğlanla koreyalı qızın eşq hekayəsi
- Qızımı öldürdülər, onları Allaha tapşırıram
- Miqrasiya Məcəlləsinə dəyişiklik TƏSDİQLƏNDİ
Koreyalı gəlin deyir ki, ölkəmizin toy adətləri və milli yeməklərinə xüsusi heyranlığı var. Bununla yanaşı cütlük bir-birinə ana dillərini də öyrədir.
Ələddinlə Mincinin maraqlı hekayəsi haqda daha ətraflı “İctimai Televiziya”nın reportajında: