AZ

BAMF-ın Himayəçilik şurasının 2025-ci ildə ilk iclası keçirilib (FOTO)

Bakı. Trend:

Yanvarın 28-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilikşurasının 2025-ci ildəki ilk iclası keçirilib.

Trendxəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondu məlumatyayıb.

Bildirilib ki, iclasda Şura sədri Çingiz Abdullayev, üzvlərRəşad Məcid, Vaqif Bəhmənli, Əflatun Amaşov, BAMF-ın PrezidentiUmud Mirzəyev, vitse prezident Oğuz Mirzəyev və digər əməkdaşlariştirak ediblər.

İlk olaraq Umud Mirzəyev təqdimatla çıxış edərək təşkilatın2024-cü il üzrə yekun hesabatını Himayəçilik şurasının diqqətinəçatdırıb. O, 2024-cü ilin əvvəlində qarşıya qoyulan hədəflər üzrəfəaliyyətlərin uğurla icra olunduğunu, təşkilatın regionda vəbeynəlxalq miqyasda həyata keçirdiyi mühüm layihələrin nəticələrinivə qazanılan uğurlu tərəfdaşlıqları qeyd edib:

“2024-cü il BAMF üçün əlamətdar nəailiyyətlərlə yadda qalan biril olub. Təşkilatımız bu müddət ərzində media və vətəndaşcəmiyyətinin inkişafı, mina aksiyası, dayanıqlı inkişaf məqsədlərivə sosial istiqamətlərdə həm yerli, həm də beynəlxalq səviyyədəmühüm fəaliyyətlər həyata keçirmişdir. BAMF olaraq insanhüquqlarının qorunması, sülhməramlı təşəbbüslərin dəstəklənməsi vəcəmiyyətlərin hərtərəfli inkişafı üçün bu il də öz töhfəmiziverməyə çalışmışıq.”

Hesabatda BAMF-ın 2024-ci il növbədənkənar prezidentseçkilərində müşahidəçilik missiyası, ənənəvi olaraq çoxsaylı yerlivə xarici jurnalistlərin, diplomatların Qarabağa səfərlərinintəşkili, qadın minaaxtaran komandalarının uğurlu fəaliyyəti vənəticələri, onların fəaliyyətlərinin işıqlandırılmasında Bakı MediaMərkəzi və digər media qurumları ilə olan əməkdaşlıqlar,Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, tədbirlərdə, ocümlədən, COP29-da iştirakçılıq, BMT-nin Cenevrə ofisində yantədbirin təşkili, “Sülhün Kökləri” təşkilatının rəhbəri və qurucusuHeidi Kuhn, Banqladeş hökümətinin rəhbəri Professor Məhəmməd Yunus,BMT-nin QHT bölməsinin rəhbəri Vuk Çin Çanq kimi önəmli şəxslərinsəfərləri və BAMF-da qonaqlanması, 25 ilə yaxındır fəaliyyətgöstərən BAMF-ın İcma Mina Aksiyası komandasının statistikası vədigər əsas fəaliyyətlər öz əksini tapıb. Təqdimatda, həmçinin,BAMF-ın Tərtər regionunda qadın minaaxtaranlar komandaları üçüninşa etdiyi yeni Peşə Tədris Mərkəzinin fotoları da nümayişetdirilib.

Ardınca çıxış edən Himayəçilik şurasının sədri Çingiz Abdullayevicra olunan fəaliyyətlərin və əldə olunan nəticələrin göz qabağındaolduğunu qeyd edib. O, hesabatın kifayət qədər zəngin olduğunuvurğulayaraq görülən işləri çox yüksək qiymətləndirib. Şura üzvləriƏflatun Amaşov, Rəşad Məcid və Vaqif Bəhmənli də öz növbələrindəBAMF-ın fəaliyyətini təqdirəlayiq hesab etdiklərini ifadəediblər.

İllik hesabat dinlənildikdən sonra BAMF-ın 2025-ci il üzrəfəaliyyət istiqamətlərinə uyğun qarşıya qoyulacaq hədəfləri vəgələcək fəaliyyət planı müzakirə olunub. Müzakirələr zamanı BAMF-ınbeynəlxalq “think tank” analitik düşüncə platformasınınyaradılması, milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar mümkünfəaliyyətlərin icrası, COP30-da iştirak və təmsilçilik imkanları vəs. digər mühüm məsələlər ətrafında danışıqlar aparılıb.

Qeyd edək ki, yekun hesabat yaxın günlərdə ictimaiyyətləpaylaşılacaq və BAMF-ın rəsmi saytında yayımlanacaq.

BAMF-ın
BAMF-ın
BAMF-ın
BAMF-ın
BAMF-ın
BAMF-ın
Seçilən
11
6
az.trend.az

9Mənbələr