AZ

“Rusiya bizə 50 min ton silah bağışlayıb” - Ermənistan müdafiə nazirinin sabiq müavini

“Silah bazarları həmişə sabit olmur və qarşısına qoyulan məqsədlərə, silahlı qüvvələrinin inkişafına əsaslanan bir ölkənin vəzifəsi daha ucuz bazarlar axtarmaqdır”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Respublika Partiyası şurasının üzvü, müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan Ermənistanın silahl alışının şaxələndirilməsi məsələsi barədə danışarkən deyib.

“Ümid edirəm ki, bizim strateji müttəfiqimizlə hərbi-texniki əməkdaşlığa qayıtmaq imkanımız olacaq. Ümid edirəm ki, bizim həm Qərbdə, həm də Şərqdə hərbi-texniki əməkdaşlıq baxımından yeni tərəfdaşlarımız olacaq. Bu dünyada mümkünsüz heç nə yoxdur”, - Zakaryan deyib.

2018-ci ildə, Nikol Paşinyan hakimiyyətə gələndən sonra nazir müavini postundan istefa verən Zakaryan Ermənistanın əvvəlki hakimiyyət dövründə Rusiyadan külli miqdarda müftə silıah aldığını da etiraf edib: “Bizə 50 min ton silah pulsuz verildi və onlar tamamilə istifadəyə yararlı silahlar idi”.

“AzPolitika.info”

Seçilən
6
azpolitika.info

1Mənbələr