Aktual.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib.
Sovet hakimiyyətinin 1920-ci ildə Qərbi Zəngəzuru əlimizdən aldığını və Azərbaycan xalqına qarşı cinayət törətdiyini xatırladan dövlətimizin başçısı, həmçinin qeyd edib:
"Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.