AZ

Sirli kəşf: Yer orbitinə bənzər obyekt haradan qopub?

Astronomlar yaxınlarda müşahidə edilən və mini ay olaraq adlandırılan “2024 PT5” adlı meteoritin Aydan qopan bir parça ola biləcəyini deyiblər.

Publika.az xəbər verir ki, “2024 PT5” diametri 10 metr olan və Günəş ətrafında fırlanan göy cismi olaraq təyin olunub. Bildirilib ki, onun orbital quruluşu Yerə bənzəyir və buna görə də səma bölgəsindən gəlmiş ola bilər.

İlk dəfə avqustun 7-də “ATLAS” teleskop sistemləri tərəfindən müşahidə edilən obyektin Aydan qopan və min illər əvvələ aid bir parça ola biləcəyi düşünülür.

NASA-nın Havaydakı infraqırmızı teleskop mexanizmi ilə aparılan araşdırmalarda Teddi Kareta və komandası meteoritin Ay səthindən toplanan qayalara çox bənzədiyini qeyd ediblər. Kareta “2024 PT5”in Aydan gələn silikat mineralları ilə uyğunlaşdığını və yalnız bir neçə min il yaşı olduğunu söyləyib.

Seçilən
9
publika.az

1Mənbələr