AZ

Danimarka XİN: Tramp Qrenlandiyaya sahib olmayacaq

Tramp Qrenlandiyaya sahib olmayacaq.

Bakıvaxtı.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen jurnalistlərə açıqlamasında bildirib.
Xarici işlər naziri ABŞ Prezidenti Donald Trampın Danimarkanın müstəqil ərazisinə nəzarət etmək istəyini ifadə etdikdən sonra onun Qrenlandiyaya sahib olmayacağın bildirib.

    O, həmçinin qeyd edib ki, Danimarka bir neçə dəfə Qrenlandiyanın öz vəziyyətini müəyyən edəcəyini bəyan edib və bu məsələdə son qərarı Qrenlandiya xalqı verəcək.

    Qeyd edək ki, Tramp daha əvvəl Danimarkanın bir hissəsi olan Qrenlandiya adasının Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə keçməsi barədə fikirlər səsləndirmişdi./APA

    Seçilən
    6
    50
    bakivaxti.az

    10Mənbələr