AZ

AYNA sədri taksi sahəsində islahatların aparılmasından DANIŞDI

"Bakı şəhərində ilk dəfə olaraq mikromobillik zolaqları çəkilib".

Publika.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

Onun sözlərinə görə, hazırda Bakıda 35 kilometrlik əlaqələndirilmiş mikromobillik zolaqları var:

"Velosiped icarəsi xidməti də artıq vətəndaşlara təqdim edilmişdir. Hazırda ay ərzində Bakı şəhərində velosiped və skuterlərlə 200 min səfər həyata keçirilir. Bu, kifayət qədər müsbət göstəricidir. Halbuki, ilk mərhələdə velosipedlərin və skuterlərin istifadəsinə kifayət qədər inamsızlıq da var idi. Amma dinamik artım onu göstərir ki, vətəndaşlar tərəfindən istifadə artacaqdır. Proqramın sonunda ay ərzində bu səfərlərin sayının 2 milyon yarıma çatdırılması nəzərdə tutulmuşdur.

Bakı şəhərində digər bir problemli sahə parklanma ilə bağlı idi, nizamsız parklanma kifayət qədər geniş yayılmışdı. Bu, kifayət qədər də ucuz idi. Ona görə bu, şəhərin mərkəzində bir qravitasiya yaratmışdı, sürücülər şəhərin mərkəzinə daxil olmağa can atırdılar. Parklanmada islahatlar həyata keçirildi, pullu parklanma sistemi təşkil edildi, tamamilə rəqəmsallaşdırıldı. İndi ödənişlər mobil tətbiq vasitəsilə tamamilə şəffaf qaydada həyata keçirilir. Şəhərdə artıq nizamlı parklanma yaranmışdır. Onu da qeyd etmək istəyirəm ki, indi hətta həftənin ən sıx günlərində belə şəhərin mərkəzində parklanma yeri tapmaq mümkündür. Çünki əvvəllər bir avtomobil parklanma yerini 10 saat məşğul edirdisə, indi 10 avtomobilin hərəsi bir saat istifadə etməklə daha çox maşın istifadə edə bilir".

Sədr qeyd edib ki, taksi sahəsində islahatların aparılması həm də fərdi nəqliyyat vasitələrinin şəhər mərkəzində hərəkətinin azaldılmasına yönəlib:

Seçilən
26
3
publika.az

10Mənbələr