AZ

KIV: Qırmızı dənizdə konteyner gəmisində yanğın baş verib

Qırmızı dənizdə Honkonq bayrağı altında üzən “Asean Seas Line Bauhinia” konteyner gəmisinin heyəti göyərtəsində baş verən yanğın səbəbindən gəmini tərk etmək məcburiyyətində qalıb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Yəmən sahilləri yaxınlığında açıq dənizdə baş verib, hadisənin səbəbləri hələlik bəlli deyil. Qeyd edək ki, 2023-cü ilin sonundan etibarən Qırmızı dənizdəki ticarət gəmiləri Yəməndəki üsyançı husilər tərəfindən müntəzəm olaraq hücuma məruz qalır.

Gəminin sahibi olan Çinin “Asean Seas Line Bauhinia” şirkəti vəziyyətlə bağlı hələlik şərh verməyib.

Xatırladaq ki, yanvarın 20-də Qəzza zolağında atəşkəsin əldə olunması ilə əlaqədar husilər Qırmızı dəniz və Bab əl-Məndəb boğazında ticarət gəmilərinə hücumları dayandıracağına söz vermişdi. Husilərin bu vədi İsraillə əlaqəli gəmilərə şamil edilmir. Hərəkat nümayəndələri həmçinin 2023-cü ilin noyabrında Ədən körfəzində əsir götürülən “Galaxy Leader” gəmisinin ekipajını da azad ediblər. Yanvarın 22-də Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominges Qırmızı dənizdə normal gəmiçilik fəaliyyətinə qayıdıldığını elan edib.

Seçilən
26
1
report.az

2Mənbələr