AZ

Bakı dünən onun ölüm xəbərini gözləyirdi… – Xilas oldu

İran məhkəməsinin Azərbaycan səfirliyinə hücum edən və bir nəfəri qətlə yetirən Yasin Hüseynzadə barəsindəki edam hökmü hələ də icra olunmayıb.

Tehran rəsmiləri icra vaxtının müəyyənləşməsi üçün hökmün müvafiq qurumlara göndərildiyini bildirib.

İran bu dəfə sözünün üstündə dayanacaqmı? Yasin Hüseynzadə barəsindəki edam qərarının icrası niyə bu qədər gecikdirilir?

Politoloq Qabil Hüseynli deyib ki, edam əslində dünən icara edilməli idi:

“Qatil Yasin Hüseynzadə məhz 27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyində terakt həyata keçirib. Hadisənin üzərindən artıq iki il keçir. Törətdiyi əməlin cazasının da eyni gündə verilməsi yaxşı olardı. Amma bu, baş vermədi.

WhatsApp Image 2023 11 17 at 12.03.23

İranın sözünü tutmaması ilk dəfə deyil, bu, adi hal alıb. Tehran beləliklə öz prestijini və Azərbaycanın ona olan etimadını zədələyir. Dövlətlər verdiyi sözü tutmalıdır”.

Politoloq bildirib ki, İran Azərbaycanla münasibətlərin normallaşmasını istəyirsə, Yasin Hüseynzadəni edamını tez zamanda gerçəkləşdirməlidir. Əks təqdirdə vəziyyət daha da pisləşə bilər.

Turan Rzayev

Mənbə: globalinfo.az

Seçilən
7
globalinfo.az

1Mənbələr