“Atalanta”nın hücumçusu Ademola Lukman zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu UEFA Çempionlar Liqasının növbəti turunda “Barselona”ya qarşı görüşdə çıxış edə bilməyəcək. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.
27 yaşlı Lukman bu mövsüm bütün turnirlərdə 27 matçda iştirak edib, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.
“Barselona” – “Atalanta” oyunu sabah keçiriləcək.