Alimlər “Qiyamət günü saatı” nın əqrəbini gecə yarısına bir saniyə - 89 saniyəyə yaxınlaşdırıblar.
Publika.az xəbər verir ki, bu barədə məlumat tədbirin yayımlandığı "Bulletin of Atomic Scientists" jurnalının saytında yer alıb.
"Bu, dünyanın indiyə qədər gecə yarısına ən yaxın olduğu vaxtdır", - "Bulletin"in elm və təhlükəsizlik şurasının sədri Daniel Holts bildirib.
Saatın üzərindəki vaxt dünyadakı gərginliyi, gecə yarısı isə nüvə eskalasiyasına keçidi simvolizə edir.
Xatırladaq ki, “Qiyamət günü saatı” ilk dəfə 1947-ci ildə jurnalın üz qabığında görünüb.