AZ

Lənkəranda onlarla şəxsin yaralandığı ağır yol qəzasının TƏFƏRRÜATLARI VİDEO

Xəbər verdiyimiz kimi, Lənkəranda sərnişin avtobusu aşıb, 24 nəfər xəsarət alıb.

Avtobusun aşma anı kameraya düşüb.

Yol-nəqliyyat hadisəsi Lənkəran-Boradigah-Masallı yolunun Girdəni kəndindən keçən hissəsində baş verib. Lənkəran-Separadi marşrut xətti üzrə hərəkət edən avtobus Hümmət Rüstəmova məxsus   avtomobillə toqquşub. Toqquşmadan sonra avtobus minik avtomobilinin üzərinə aşıb.

Qəza nəticəsində yaralanan 24 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan 1 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin araşdırmalara əsasən, qəzanın baş verməsinə  avtomobilin anidən avtobusun qarşısına çıxması səbəb olub.

Faktla bağlı araşdırma aprılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
6
xezerxeber.az

1Mənbələr