AZ

13 yaşlı uşaq infarktdan dünyasını dəyişib

Ağrının Patnos rayonunun Bozoğlak kəndində evinin qarşısında oynayan 13 yaşlı Ozan Arın pisləşib və yerə yıxılıb.

News24.az sonxeber.az-a istinadən xəbər verir ki, əldə edilən məlumata görə, infarkt keçirdiyi anlaşılan uşağa ətrafda olan ailə üzvləri və qonşular dərhal müdaxilə edib.

Xəbərdarlıq üzərinə təcili yardımla Patnos Dövlət Xəstəxanasına aparılan Ozan Arını həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Balaca oğlanın qəfil ölümü ailəsini və kənd camaatını dərin kədərə qərq etdi. Ozan Arının cənazəsi tibbi ekspertizadan sonra kənd qəbiristanlığında torpağa veriləcəyi öyrənilib.

Faciəli hadisə kənddə dərin sükuta səbəb olub.


Seçilən
23
news24.az

1Mənbələr