Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 8-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
Qarşılaşmalardan ikisi Bakıda, biri isə Gəncədə keçirilib.
Turun ilk qarşılaşması Gəncə İdman Sarayında “Gəncə” və “Murov” arasında olub. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər qarşılaşmaları isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. Burada “Milli Aviasiya Akademiyası” komandası “Abşeron”la, “Azərreyl” isə UNEC-lə üz-üzə gəlib. Gərgin keçən “Milli Aviasiya Akademiyası” – “Abşeron” matçında qalib 4 setdə müəyyənləşib. “Milli Aviasiya Akademiyası” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Turun son qarşılaşmasında isə “Azərreyl” 3:0 hesabı ilə UNEC komandasına qalib gəlib.
Qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 4-də keçiriləcək.
Yüksək Liqa
8-ci tur
28 yanvar
“Gəncə” – “Murov” 2:3 (18:25, 25:18, 20:25, 26:24, 10:15)
“Abşeron” – “Milli Aviasiya Akademiyası” 1:3 (18:25, 28:26, 25:27, 22:25)
“Azərreyl” – UNEC 3:0 (25:9, 25:11, 25:15)
Xallar: Abşeron – 20. Milli Aviasiya Akademiyası – 18. Azərreyl – 12. Murov – 11. Gəncə – 11. UNEC – 0.