AZ

Ermənistan müharibə hazırlıqlarını sürətləndirir - Sərhəddə gərginlik artdı

Ermənistan ordusu yenidən aktivləşməyə başlayıb. Bir müddət öncə ermənilərin Naxçıvan istiqamətində istehkamlar tikdiyi, səngərlər qazdığı haqda məlumat yayılırdı, indi isə Kəlbəcər istiqamətində xəndəklər qazıldığına dair görüntülər paylaşılıb.

Ermənistan nəyə hazırlıq görür?

Turkustan.az xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Azərbaycanın Ermənistandan gözləntiləri sülh sazişinin imzalanması yönündədir, lakin rəsmi İrəvan müharibədən sonrakı dövrü həm ön xəttə mühəndis-istehkam qurğularının yaradılmasına, həm də sürətli silahlanmanın həyata keçirilməsinə xərclədi:

“Bu səbəbdən Ermənistanın indiki mərhələdə də birinci eşelon bölmələrimizin qarşısında, xüsusən də Kəlbəcər və bir neçə istiqamətdə dərinləşdirilmiş komanda məntəqələri, betonlaşdırılmış bunkerlər, mühəndis-istehkam qurğuları tikdiyinin şahidi oluruq. Ermənistan yeni aldığı silahları yeni yaradılan mövqelərdə yerləşdirməyə çalışır. Ermənistan hər nə qədər müdafiə məqsədilə silah aldığını desə də, həmin texnikaların daxilində ölkəmizə qarşı istifadə oluna biləcək ağır texnikaların olduğu da məlumdur. Artilleriya sistemləri və reaktiv yaylım atəş sistemləri də buna daxildir. Sülh sazişi imzalanmırsa, bu o deməkdir ki, biz Ermənistanla atəşkəs vəziyyətindəyik. Bu mərhələ sülhə, yaxud da yeni bir münaqişəyə çevrilə bilər”.

elxan

Elxan Şıxəliyev

Hərbi ekspertin sözlərinə görə, Ermənistanı silahlandıran, cəsarətləndirən, onunla yeni yol xəritəsində müqavilə bağlayan ölkələr regionda müharibənin başlamasında maraqlıdır:

“ABŞ-la imzalanan strateji əməkdaşlıq xartiyası və digər razılaşmalara əsasən böyük güclər növbəti mərhələdə NATO-nun Şərqə doğru genişlənmə planı çərçivəsində Ermənistan seçilib. Ermənistanın Baş naziri Nikol Paşinyanın Davosda NATO-nun baş katibi Mark Rutte ilə görüşü də bundan xəbər verir. Regionda Azərbaycan, Türkiyə, İran və s. yanaşması nəzərə alınmadan Ermənistan üzərindən müəyyən planlar hazırlanır. Xüsusilə də rəsmi İrəvanı Rusiyadan ayırıb NATO-nun təhlükəsizlik çətiri altına salmaq istəyirlər. Sözügedən proses tarixdə bir neçə dəfə olub və sonu müharibə ilə nəticələnib. Buna Gürcüstan, Moldova və Ukraynanı misal göstərmək olar”.

Seçilən
6
2
turkustan.az

5Mənbələr