Fransanın "Lion" komandası baş məşqçisi Pyer Saj ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
"Lion" Liqa 1-də 30 xalla turnir cədvəlinin 6-cı sırasında qərarlaşıb.
Qeyd edək ki, Avropa Liqasının əsas mərhələsində "Qarabağ"la da qarşılaşan Fransa təmsilçisi görüşdən 4:1 hesablı qələbə ilə ayrılıb.