AZ

Ağ Ev qrant və kreditləri dayandırıb

Federal qrantlar və kreditlərə fasilə verilib.

Ağ ev bütün federal qrantlar və kreditlərə fasilə verilməsini əmr edib.

Operativ Media xəbər verir ki, Ağ evin İdarəetmə və büdcə ofisi bununla bağlı memorandum qəbul edib.

Sənədə əsasən federal agentliklər bütün federal maliyyə yardımının ödənilməsi və digər öhdəliklərlə bağlı fəaliyyətləri müvəqqəti olaraq dayandırmalıdır. Fasilə yeni qrantların verilməsinə də şamil ediləcək.

Bildirilir ki, qərar milyonlarla amerikalıya təsir edən dövlət proqramlarını dayandırmağı nəzərdə tutur və bu, hökumət xərclərinə təsir edə bilər.

Memorandum sosial təminat və ya ödənişsiz tibbi sığortaya təsir etməyəcək.

Seçilən
2
2
operativmedia.az

9Mənbələr