"Jet2"nin sərnişini həbs zamanı polisləri siçovul adlandırdı və videoya düşdü.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, "Jet2" sərnişini yarım şüşə viski içib sərxoş olaraq təyyarədə qalmaqal yaradıb.
həmin şəxsin həbsinin videosunu "GB News" portalı yayıb.
Hadisənin Mançester hava limanında Türkiyəyə uçmaq üzrə olan təyyarənin göyərtəsində baş verdiyi bildirilir. 36 yaşlı Lyuis Hovart stüardessalardan birini ondan təhlükəsizlik kəmərini bağlamağı xahiş etdiyinə görə “axmaq” adlandırıb və sonra sərnişinləri təhqir etməyə başlayıb.
Narahatlıq yaradan şəxsi uçuşdan çıxarmaq üçün kabinəyə polis əməkdaşları cəlb edilib. O, həbs olunanda müqavimət göstərib, dava salıb və onu ram etməyə çalışan polisləri balaca siçovullar adlandırıb. Üstəlik, Hovart hüquq-mühafizə orqanlarının əməkdaşlarından birini terminala apararkən onu dişləməyə cəhd edib.
Hadisədən sonra həmin şəxs 14 sutka həbs edilib. Məlum olub ki, o, irqi motivli təqib, polis məmuruna hücum və məhkəmə qərarlarına əməl etməmək də daxil olmaqla, əvvəllər məhkum olunub.
QAZİLER.AZ