AZ

Pablo Mari “Fiorentina”da

“Montsa”nın mərkəz müdafiəçisi Pablo Mari bundan sonra karyerasını İtaliya A Seriyasının digər təmsilçisi “Fiorentina”da davam etdirəcək.

Arena.az bu barədə Florensiya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

“Fiorentina” bu transfer üçün qarşı tərəfə 1,8 milyon avro ödəyib. 31 yaşlı ispan müdafiəçi yeni klubu ilə 2,5+1 illik müqaviləyə imza atıb.

Pablo Mari “Malyorka”nın yetirməsidir. O, karyerası ərzində “Ximnastik”, “Mançester Siti”, “Jirona”, “NAK Breda”, “Deportivo”, “Flamenqo”, “Arsenal”, “Udineze” kimi klubların da formasını geyinib. 2022-ci ildən “Montsa”da çıxış edən təcrübəli müdafiəçi A Seriyası təmsilçisinin heyətində 87 oyuna çıxıb, 1 qol vurub.

Pablo Marini satan “Montsa” “Bolonya”nın polşalı hücumameyilli yarımmüdafiəçisi Kasper Urbanskini də icarəyə götürdüyünü açıqlayıb. 20 yaşlı futbolçu bu mövsümün sonunadək “Montsa”da çıxış edəcək.

Kasper Ubranski Qdansk “Lexiya”sının yetirməsidir. O, 2021-ci ildən “Bolonya”nın sıralarındadır. Gənc yarımmüdafiəçi İtaliya klubunun əsas komandasında 39 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.

Polşanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Ubranski 2024-cü ilin iyun ayından ölkəsinin əsas millisində çıxış edir. O, Polşa yığmasında 11 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

“Bolonya” Kasper Ubranskidən başqa daha dörd futbolçusunu icarəyə verib. Belə ki, sol cinah müdafiəçisi Tommazo Korassa (20 yaş) ilə hücumçu Antonio Raymondo (20 yaş) “Salernitana”ya keçiblər. Uruqvaylı mərkəz müdafiəçisi Xoakin Sosa (23 yaş) “Recina”ya icarəyə verilibsə, finlandiyalı yarımmüdafiəçi Niklas Pyuyuhtiya (21 yaş) da “Südtirol”a keçib.

Seçilən
5
7
arena.az

10Mənbələr