AZ

Dəhlizli, yaxud dəhlizsiz...

Azərbaycan Prezidenti cənabİlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında Zəngəzur dəhlizindən danışarkən bizə qarşı edilənbir sıra ədalətsizlikləri xatırlatdı ki, bu da səbəbsiz deyil. Həmən ədalətsizlikləri edənlərin son zamanlardakı davranışlarından da görürük ki, deyəsən əvvəlki xislətləri yenə qalmaqdadır.

Tarixin istehzasına baxın ki, Qərbi Zəngəzuru qanunsuz şəkildə Azərbaycandan alıb Ermənistana verənlər, hayları bizim regiona köçürüb onlara burada forpost funksiyası daşısa da, dövlət yaradanlar indi ağıllarına gətirmədikləri bir reallıqla üzləşiblər. Ermənistanınüçtərəfli bəyanatdaZəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinin səbəblərindən biri elə məhz orada gediş-gəlişə Rusiyanın nəzarət etməsini istəməməsi ilə bağlıdır. Halbuki bununhəmən sənəddə əksini tapması bir yana, əgərRusiya olmasaydı, Azərbaycandan Azərbaycana gediş-gəliş üçün hər hansıdəhlizə ehtiyac qalmayacaqdı.

Amma dəhlizli, yaxud dəhlizsiz fərq etmir- ölkəmizin bir hissəsindən digər hissəsinə gediş-gəliş maneəsiz olmalıdır ki, bugünkü müşavirədə cənab Prezidentyenidən onu vurğuladı.

Qarşı tərəfdədoğrudan da tranzit ölkəyə çevrilmək, haqqında ağızdolusu danışdıqları "Sülh qovşağı" layihəsindənəzərdə tutulanların heç olmasa bir hissəsini reallaşdırmaq istəyirlərsə, onda cənab İlham Əliyevin bununla bağlıdediklərinin üzərində düşünməli, Azərbaycan izn verməsə onun sadəcə kağız parçası olaraq qalacağını dərk etməlidirlər. Edəcəklərmi, azacıq da olsa, xislətlərindən, buferlik funksiyasından əl çəkərək, subyektlik sərgiləsələr, yəni öz milli maraqlarını üstün tutsalar bəli. Fransanın, "Zəngəzur dəhlizi sizin maraqlarınıza uyğundeyil" deyən digərlərinin diqtəsi ilə hərəkət etsələr çətin.

Fikrimcə, cənab PrezidentAzərbaycanın "Zəngəzur dəhlizi sizin maraqlarınıza uyğundeyil" deyənlərlə birgə reallaşdırdığı yeni layihəninEtmənistanı“baypas” etdiyini, yəni dalanda saxladığını həm də hayların bir də düşünüb-daşınmaları üçün diqqətə çatdırırdı.

Seçilən
13
4
aznews.az

5Mənbələr