Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi start götürüb.
"Unikal" xəbər verir ki, bu gün iki görüş baş tutub.
Günün ilk oyununda "Lənkəran" NTD-ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 87:73. Beləliklə, NTD 1/4 finala vəsiqə qazanıb və "Şəki"yə rəqib olub.
Günün ikinci matçında "Abşeron" "Quba"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 96:94.
Bu raundun "Gəncə" - "Ordu" və "Sumqayıt" - "Neftçi" oyunları sabah təşkil olunacaq. "Naxçıvan", "S