"Zirə"nin sabiq legioneri Vladislav Kulaçın yeni klubu bəlli olub.
Sportinfo.az xəbər verir ki, ukraynalı hücumçu karyerasını ölkəsində davam etdirəcək.
31 yaşlı forvard “Vorskla” ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.
Kulaç 2020-2021 mövsümündə də "Vorskla"da çıxış edib. O, 30 oyuna 17 qol vuraraq,Premyer Liqanın bombardiri olub.
2023-2024 mövsümündə "Zirə"də çıxış edən Kulaç 16 oyuna 4 qola imza atıb.
“Zirə”dən ayrıldıqdan sonra Ermənistanda “Pünik”in formasını geyinib.