Konqo Demokratik Respublikasının şərqində Qoma şəhərində son üç gündə silahlı toqquşmalarda yüzdən çox adam həlak olub, mindən çox insan yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə "Agence France-Presse" şəhər xəstəxanalarına istinadən məlumat yayıb.
"Qoma küçələrində hələ də çoxlu meyitlər var", - agentliyin həmsöhbəti bildirib.
Ruandanın hərbi qüvvələrinin dəstəklədiyi “23 Mart Hərəkatının” üsyançı qruplaşmaları yanvarın 26-da axşam saatlarında Qomaya daxil olub. Şəhərdə hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər davam edir. Sonuncular Qomanın böyük hissəsinə nəzarət edirlər.