UEFA “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
QOL.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Buna Avropa Liqasının “Fənərbaxça” - “Lion” oyununa portuqaliyalı mütəxəssisin komandasının gec çıxmasına görə matçın nəzərdə tutulan vaxtda başlamaması səbəb olub. Bu səbəbdən ona ən azı 1 oyunluq cəza tətbiq edilib.
Mourinyonun buna qədər 1 oyun şərti cəzası da olub.
Beləliklə, Avroliqanın 8-ci turunun “Mityülland” - “Fənərbaxça” matçında portuqaliyalı məşqçi texniki zonada ola bilməyəcək.