AZ

Leavitt: Bayden administrasiyası pulları "sərxoş dənizçilər kimi" xərclədi » AzadMedia.az


ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası "sərxoş dənizçilər kimi" pul xərcləyib, Ağ Evin mətbuat katibi Caroline Leavitt brifinqdə deyib. Bu barədə RT Telegram kanalında yazır.
Onun sözlərinə görə, hazırkı administrasiya yardım proqramlarını nəzərdən keçirmək və nə dərəcədə məqsədəuyğun olduğunu müəyyən etmək üçün onların maliyyələşdirilməsini dayandırıb.

Leavitt qeyd edib ki, xüsusilə, Yaşıl Yeni Sövdələşmənin sosial mühəndislik siyasətləri artıq maliyyələşdirilməyəcək.

Jurnalistlər 27 yaşlı Karolin Levitin Ağ Evin tarixində ən gənc mətbuat katibi olduğunu qeyd ediblər. Katolik məktəbində və incəsənət kollecində oxuyub, siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb.
Seçilən
3
azadmedia.az

1Mənbələr