Bolşoe Qoloustnoye kəndi yaxınlığında Baykal gölündə Rixter cədvəli üzrə 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi öz Telegram kanalında məlumat yayıb.
Nəşr qeyd edir ki, seysmik hadisə saat 6:45-də (Moskva vaxtı ilə 1:54) qeydə alınıb, zəlzələnin episentri Baykal gölünün akvatoriyasında yerləşib. İrkutskda zəlzələ 3 bal gücündə hiss olunub.
Dağıntı və tələfatın olmadığı qeyd edilir. Bütün infrastruktur obyektləri normal işləyir.