AZ

Purinə yeni AvtoVAZ modelləri nümayiş etdirilib - FOTOLAR

Rusiya Prezidenti Vladimir Purinə yeni AvtoVAZ modelləri nümayiş etdirilib.

Prezidentə tam ötürücülü e-Niva elektrik avtomobili, B+ Cross və T-134 yeni şəhər krossoverlərinin maketləri, B-Van mikroavtobusu nümayiş etdirilib.

Vladimir Putinə "B+ Cross" şəhər krossoveri və tam ötürücülü "e-Niva" elektrik avtomobili hədiyyə edilib.

AvtoVAZ işçiləri ilə ünsiyyətdə olan Putin zavodun “inkişaf etməkdə” olduğunu qeyd edib.

Putin "Onlar (Rusiyanın qeyri-dost ölkələrinə - red) AvtoVAZ-ın ölümünü proqnozlaşdırdılar, amma heç nə olmadı", deyib.

AvtoVAZ Rusiyanın ən böyük minik avtomobilləri istehsalçısıdır və ən yüksək səviyyədə lokalizasiya ilə öyünür. AvtoVAZ Qrupuna dörd istehsal müəssisəsi daxildir - Togliatti, Sankt-Peterburq, İjevsk və Argun.  2024-cü ildə AvtoVAZ-da 525 000-dən çox avtomobil konveyerdən çıxıb. 2025-ci ilin aprelində AvtoVAZ ilk avtomobilinin - VAZ-2101 Jiquli-nin istehsalının 55 illiyini qeyd edəcək.

B+ Cross e-Niva
Seçilən
10
marja.az

1Mənbələr