AZ

İtaliyanın Baş naziri barəsində istintaq başladıldı

İtaliyanın Baş naziri Ciorcia Meloni barəsində istintaq başladılıb.

Adalet.az xəbər verir ki, Ciorcia Meloni sosial media hesabında paylaşdığı videoda dövlət ittihamçısı tərəfindən imzalanmış istintaq bildiriş aldığını deyib.

“Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilən liviyalı səhra komandiri İtaliyada saxlanıldıqdan sonra sərbəst buraxılaraq ölkəsinə göndərildiyi üçün prokurorluq mənim barəmdə məhkəmə istintaqına başlayıb. Liviya vətəndaşı Nacim Üsema Əlmasri Habişin keçən həftə azadlığa buraxılması və repatriasiyası ilə əlaqədar cinayət köməklik etmək və dövlət resurslardan sui-istifadə etmək iddiası ilə istintaq bildirişi almışam”, - deyə Ciorcia Meloni qeyd edib.

Baş nazir oxşar istintaq bildirişlərinin daxili işlər naziri Matteo Piantedosiyə, ədliyyə naziri Karlo Nordioya və dövlət katibinin kəşfiyyat üzrə müşaviri Alfredo Mantovanoya da göndərildiyini bildirib.

Seçilən
4
8
adalet.az

10Mənbələr