AZ

Bu şəhərdə siqaret çəkmək qadağan edildi

Yaponiyanın Osaka şəhərinin bütün küçələrində siqaret qadağası tətbiq edib.

”Bakuinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, yanvarın 27-də Yaponiyanın Osaka şəhərində küçədə siqaret çəkməyə tam qadağa qüvvəyə minib.

Yeni qaydalar 2,75 milyon insanın yaşadığı bütün şəhərə şamil edilir. Qadağa həm adi siqaretlərə, həm də elektron cihazlara aiddir. Siqaret üçün şəhərdə xüsusi yerlər ayrılıb.

Siqaret çəkmə qadağası 2025-ci ilin aprel-oktyabr aylarında keçiriləcək "Expo 2025" ərəfəsində şəhərin abadlaşdırılması proqramının bir hissəsidir.

Seçilən
3
6
bakuinfo.net

10Mənbələr