AZ

Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək

Fevralın 27-də Azərbaycanın sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək. Bu barədə SİA AQEM-in mətbuat xidmətinə istinadən xəbər verir.

İclasın iştirakçıları xüsusilə sədrliyin baxışını və üzv dövlətlərin 2025-2026-cı illər üçün təşəbbüslərini müzakirə edəcəklər.

Tədbirin təşkilatçısı AQEM Katibliyinin dəstəyi ilə Azərbaycan Xarici İşlər Nazirliyidir.

Seçilən
3
2
sia.az

3Mənbələr