AZ

Britaniya Azərbaycana yeni ticarət elçisi təyin etdi

Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Con Alderdays Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi təyin olunub. 

News365.az xəbər verir ki, bu barədə Britaniyanın Ticarət və Biznes Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Böyük Britaniyanın ticarət naziri bu gün qlobal inkişaf komandasının təyinatını elan edib. Yeni təyin olunmuş 32 ticarət elçisi hökumətin dəyişiklik planı çərçivəsində iqtisadi artımı təşviq etmək məqsədilə Böyük Britaniyanın ixrac və investisiya potensialını artırmaq üçün çalışacaq.

Bu təyinata əsasən Lord Con Alderdays Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üçün ticarət elçisi vəzifəsini icra edəcək.  O, Şimali irlandiyalı bir siyasətçidir və müxtəlif nüfuzlu vəzifələrdə çalışıb. 1998-2004-cü illərdə Şimali İrlandiya Assambleyasının spikeri vəzifəsini daşıyıb.

Seçilən
3
12
news365.az

10Mənbələr