AZ

Özbəkistan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" yarışında

Özbəkistan komandası fevralın 14-16-da Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin iştirakçıları sırasına qoşulub.

İdman.biz xəbər verir ki, iştirak ərizəsinə 14 idmançı daxil olub.

Kişilərin yarışında Murodil Murodillayev, Anvarjon İbrahimov (hər ikisi 60 kq), Zamoxşari Bekmurodov (66 kq), Obidxon Nomanov (73 kq), Nodirbek Mavlonberdıyev (81 kq), Azizbek Avazmuradov, Şahzoxid Şaripov (hər ikisi 90 kq), Rüstəm Şorahmetov (100 kq) və İslombek Ravşankulov (+100 kq) mübarizə aparacaq.

Qadınların yarışında Laziza Xaydarova (48 kq), Suqdiora Rafkatova (52 kq), Marjona Nurulloyeva (63 kq), Şirincon Yuldoşeva (70 kq) və İrisxon Kurbonbayeva (+78 kq) çıxış edəcək.

İdman.biz

Seçilən
0
13
idman.biz

10Mənbələr