Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələrin və onların əlavələrinin formaları, eləcə də tərtib edilməsi qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib.
FED.az bu barədə Vergi Xidmətinə istinadən xəbər verir.
Təsdiq edilmiş yeni bəyannamə formaları və onaların əlavələri aşağıdakılardır:
- “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nə Əlavələrin (əlavə 3, 4, 5) forması və onların tərtib edilməsi qaydaları;
- “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin forması və onun tərtib edilməsi qaydaları;
- “Mənfəət vergisinin bəyannaməsi”nin forması və onun tərtib edilməsi qaydaları;
- “Mənfəət vergisinin bəyannaməsi”nə Əlavələrin (əlavə 5 və 8) forması və onların tərtib edilməsi qaydaları;
- “Gəlir vergisinin bəyannaməsi”nin forması və onun tərtib edilməsi qaydaları;
- “Gəlir vergisinin bəyannaməsi”nə Əlavələrin (əlavə 3 və 6) formaları və onların tərtib edilməsi qaydaları;
- “Əmlak vergisinin bəyannaməsinə Əlavə № 1”in forması və onun tərtib edilməsi qaydaları;
- “Torpaq vergisinin bəyannaməsi”nin forması və onun tərtib edilməsi qaydaları.
Bununla da müvafiq bəyannamələrin formaları və tərtib edilməsi qaydaları haqqında əvvəlki illərdə təsdiqlənmiş sənədlər ləğv olunub. Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar