Deputat Cavanşir Feyziyevə məxsus böyük dərman firması və apteklər şəbəkəsi “Dokta” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, “Dokta” MMC-nin İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 452.3-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
“Dokta” MMC ilə bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 7 fevral tarixində hakim Vaqif Həsənovun sədrliyi ilə işə baxılacaq.
Əlavə edək ki, “Dokta” MMC İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrini pozduğuna görə haqqında dəfələrlə cərimə protokolu tərtib edilib.
Qeyd edək ki, “Dokta” MMC dərman firması və apteklər şəbəkəsi deputat Cavanşir Feyziyevə məxsusdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən