Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG terror təşkilatının rəhbərlərindən biri olan Şiraz Öməri Suriyada keçirdiyi dəqiq əməliyyatla zərərsizləşdirib.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, PKK/YPG-nin maliyyə strukturunda idarəçi vəzifəsində çalışan Şiraz Ömər MİT-in hədəf siyahısında olub.
Qeyd olunub ki, MİT-in apardığı kəşfiyyat işləri nəticəsində yeri müəyyən edilən terrorçu Ömər addım-addım təqib edilib. Şərtlərin yerinə yetirildiyi ən uyğun anda Suriyada Rumeylan-Malikiye yolunda aparılan nöqtə əməliyyatı ilə Ömər zərərsizləşdirilib.
Daşqın HəsənovMissiya.Az