AZ

Starbucks-da qlobal satışlar azaldı – Qəhvəsevərlər azalıb?

Dünyaca məşhur ABŞ-lı qəhvə şəbəkəsi Starbucks, 2025-ci maliyyə ilinin birinci rübü üçün açıqladığı nəticələrə əsasən, ötən ilin oktyabr-dekabr dövründə qlobal satışlarının 4% azaldığını bildirib.

Starbucks işçilərin ixtisarı ilə bağlı açıqlama verdi

FED.az xəbər verir ki, şirkətin maliyyə təqviminə görə, 2025-ci maliyyə ili 2024-cü ilin oktyabr ayından başlayır. Hesabata görə, Şimali Amerikada satışlar 4%, Çində isə 6% azalıb. Bununla belə, Starbucks-ın dekabrın 29-da başa çatan üç aylıq dövr üzrə gəliri 9.4 milyard dollar olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.

Şirkətin hər səhm üzrə gəliri 23% azalaraq 0.69 dollara düşüb. Seattle mərkəzli qəhvə şəbəkəsi eyni dövrdə 377 yeni mağaza açaraq ümumi filial sayını 40,576-ya çatdırıb.

Seçilən
5
fed.az

1Mənbələr