AZ

Türkiyə kəşfiyyatı Suriyada PKK/YPG-nin məsul şəxslərindən birini zərərsizləşdirdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) Suriyada keçirdiyi antiterror əməliyyatı ilə PKK/YPG terror qruplaşmasının məsul şəxslərindən biri - Sözdar Afrin kod adlı Şiraz Öməri öldürüb.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, o, MİT-in Suriyada Rumeylan-Malikiye yolunda reallaşdırdığı nöqtə əməliyyatı nəticəsində öldürülüb.

 

Məlumata görə, Şiraz Ömər qruplaşamaya 2012-ci ildə qatılıb. O, terror dəstəsinin Suriyadakı “Rojava katibliyində” fəaliyyətə başlayıb.

 

MİT-in hədəf siyahısında yer alan Ş.Ömər bir müddət İraqın Kandil dağındakı terror düşərgəsində fəaliyyət göstərdikdən sonra Suriyaya göndərilib. O, Suriyanın Ayn-əl-Ərəb, Haseke və Malikiye bölgələrinin “məsulu” kimi fəaliyyət göstərib. Ömərə son zamanlar qruplaşmanın maliyyə məsələləri üzrə “vəzifə" verilmişdi.

Seçilən
7
1
senzor.az

9Mənbələr