AZ

PUTİN NİYYƏTİNİ BƏYAN ETDİ, TRAMP İSƏ... – Rusiya lideri müharibədən yox, sülhdən qorxur

Kreml müharibəni uzatmaq üçün mənasız bəhanələr gətirir

Məlum olduğu kimi, Vladimir Putin Kremlin media orqanına son açıqlamasında Volodimir Zelenskini yenə “qeyri-legitim” adlandırıb. Onun iddiasına görə, Zelenski Ukrayna adından Rusiya ilə müqavilə imzalaya bilməz: "Rusiya-Ukrayna danışıqları, əgər indi başlasaydı, qeyri-legitim olardı. Rusiya israr edir ki, Moskva ilə müqavilə imzalayacaq Kiyev nümayəndələri tam legitim olsun. Bunu hüquqşünaslar yoxlamalıdırlar. Zelenski qeyri-legitimliyinə görə Rusiya ilə danışıqlara qoyulan qadağanı aradan qaldıra bilməz, lakin bunu Ali Radanın sədri edə bilər".

Putin daha sonra yenə köhnə bayatılarını təkrarlayıb və qeyd edib ki, Qərbin Kiyevə dəstəyi olmadan Ukrayna münaqişəsi tez bitə bilər. Yəni, Rusiyanın gerçək niyyətini gizlətməyərək açıq deyib ki, Ukraynanı dövlət kimi məhv etmək istəyir, lakin Qərb imkan vermir: "Sponsor pulu və patronlar tükənərsə, “xüsusi hərbi əməliyyat” bir ay yarıma, iki aya bitə bilər. Bu mənada Ukraynanın suverenliyi demək olar ki, sıfra bərabərdir".

Göründüyü kimi, Donald Trampın hakimiyyətə gəlişilə bağlı yaranan ümidlərə rəğmən, Putin Ukraynanın müdafiəsiz qalmasını istəyir və yalnız bu şərtlə hansısa sülhə gedə bilər. Məntiqlə hazırda ABŞ-də kimin hakimiyyətdə olmasının Kreml üçün elə bir əhəmiyyəti olmamalıdır. Çünki yalnız iki halda Putin real sülh imzalamağa hazır ola bilər.

Seçilən
13
49
azpolitika.info

10Mənbələr