Rusiya nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşqə səfər ediblər.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.
Bu, ötən ilin dekabrında Bəşər Əsədin Suriya prezidenti postunu və ölkəni tərk etməsindən sonra rusiyalı rəsmilərin Dəməşqə ilk səfəridir.
Səfərin detalları açıqlanmayıb.
"Cebheinfo.az"