AZ

"Hansısa tütək çalan sənətimə qiymət verə bilməz"

Bu gün, 12:01

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu müğənni İntiqam Kərimovun Vəfa Şərifova ilə bağlı "Heç bir opera müğənnisi "Dilbərim"i belə təmiz oxumur" açıqlamasını tənqid edib.
Publika.az xəbər verir ki, onun tənqidi fikirlərinə İ.Kərimovun cavabı gecikməyib.
"Gün ortası" verilişinə zəng edən İ.Kərimov "Hansısa tütək, klarnet çalan sənətimə qiymət verə bilməz. Heç onu tanımıram. Mən "Sevil", "Balaş" oxumuşam.
Daha sonra Hüseyn verilişə telefonla bağlanaraq "Böyük Məşədi Məhəmmədin oğluyam. Rafiq Babayevlə 4 ifası İntiqam Kərimovun bütün həyat və yaradıcılığından artıqdır. O ki qaldı savada: 3 diplomum var, magistraturanı bitirdim. Hansısa restoranda yox, Londonda salonda konsert vermişəm" sözlərini söyləyib.
Qeyd edək ki, Hüseyn İntiqamın ünvanına "İntiqam müəllim, siz bu günə kimi nə oxumusunuz? Siz Aygün Bəylər, Elçin Cəlilovun müəllimi olsanız nə edərdiniz? Onların bir faizini oxumursunuz. O ki qaldı opera ifaçılarına... Onlara sayqı ilə yanaşmaq lazımdır, Azərbaycanın o boyda sənətkarları var: Fidan və Xuraman Qasımovalar, Ramil Qasımov, Samir Cəfərov, Yusif Eyvazov. Dağıl ay dünya" sözlərini deyib.(Milli.Az)

Seçilən
9
11
Reportyor.tv

10Mənbələr