AZ

ABŞ və Aİ Rusiyaya “maksimum dərəcədə təzyiq” göstərəcəklər

AzVision.az xəbər verir ki, “Frans Press Agentliyi (AFP)”nin yaydığı məlumata görə, Marko Rubio ilə Kaya Kallas arasındakı ilk telefon danışığından sonra Aİ-nin təmsilçisi belə deyib.

“Hər iki diplomat Rusiyanın Ukraynadakı müharibəsi, Yaxın Şərqdəki vəziyyət və Çinin yaratdığı problemlər də daxil olmaqla, əsas qlobal məsələlər üzrə Aİ və ABŞ arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar”, - Brüsseldən daxil olan məlumatda deyilir.

AFP yazır ki, söhbət zamanı Kallas həmsöhbətinə Avropa Komissiyasının (AK) Rusiyadan gələn kənd təsərrüfatı məhsulları və gübrələrə rüsumların artırılmasını təklif etdiyini deyib. Onun fikrincə, yeni tariflər yəqin ki, Rusiyanın ixracdan götürdüyü gəlirlərə və deməli, onun Ukraynaya qarşı təcavüzkar müharibə aparmaq qabiliyyətinə mənfi təsir göstərəcək.

"Müharibəni birdəfəlik bitirmək istəyirik "- Rubio
Bundan əvvəl, Dövlət katibi vəzifəsinə başladıqdan sonra, Mark Rubio Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulmasının prezident Donald Tramp dövründə ABŞ-nin rəsmi siyasətinə çevriləcəyini bildirmişdi.

Buna nail olmaq üçün bütün səylərini əsirgəməyəcəyinə söz verən Rubio, onu da vurğulayıb ki, bu cür münaqişələr ucadan səsləndirilən bəyanatlarla həll olunmur. Əksinə, bu, başlamağa hazır olduğu “sərt diplomatik iş” tələb edir. Bununla yanaşı, ABŞ-nin Dövlət katibinin fikrincə, sanksiyalar, eləcə də onların ləğvi müharibənin dayandırılması üçün aparılan danışıqlarda mühüm rol oynaya bilər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
2
50
azvision.az

10Mənbələr