Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” daha bir legioner futbolçusu – Redon Mihana ilə də yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Albaniyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Gəncə klubu Mihanaya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Redon Mihana 2024-cü ilin iyul ayında azad agent kimi “Kəpəz”ə cəlb olunmuşdu. O, Gəncə təmsilçisinin heyətində cəmi 4 matça çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Onun Premeyr Liqa təmsilçisini erkən tərk etməsinə də elə komandaya fayda verə bilməməsi səbəb olub.
Xatırladaq ki, Mihana daha öncə “Apoloniya”, “Dinamo Siti”, “Erzeni”, “Kastrioti”, “Eqnatiya” kimi klubların da şərəfini qoruyub. 25 yaşlı hücumçu Albaniyanın U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas milidə debüt şansı qazanmayıb.
“Kəpəz” Redon Mihanadan öncə Orxan Əliyev (“Turan Tovuz”) və Lassana Ndiaye ilə də yollarını ayırmışdı. Mahir Həsənov isə “Difai”yə icarəyə verilib. Gəncə klubu gedənlərin əvəzində Rati Ardazişvili (“Samtrediya”, Gürcüstan), Şervoni Mabatşoev (“İstiklol”, Tacikistan) və Trent Buhaqyarla (“Breşiya”, İtaliya) güclənib.