Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Baş prokurorunun müavini Qalımjan Koygeldiyev deyib.
O bildirib ki, istintaqa ən təcrübəli əməkdaşlar cəlb olunub: "İstintaq davam etdirilir. Təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, müvafiq ekspertizalar təyin olunub. Bildiyiniz kimi, bu sadə bir iş deyil. Biz AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaqın nəticələrini gözləyirik”.