Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunun qələbəsinə tam əmin şəkildə Ukraynadakı münaqişənin həlli üçün danışıqlara başlayacaq. Bu barədə Britaniyanın Spectator nəşri yazıb.
Bir gün əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov (Rusiya Federasiyasının terrorçular və ekstremistlər siyahısına daxil edilib-red.)sülh mövzudunda diqqət çəkən açıqlamalar vermişdi. O, münaqişənin həlli üçün sülh danışıqları 2025-ci ilin yayından əvvəl başlamasa, respublikanın mövcudluğunun ciddi təhlükə altında olacağını bildirmişdi.
Məqalə müəllifi qeyd edib ki, Kiyev rəsmilərinin bu iddialarla bağlı təkziblərinə baxmayaraq, Budanovun cavabı kifayət qədər inandırıcı səslənir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural